20.09.2024, 09:43
AZ EN
23.07.2024, 15:16 235

Paşinyan Bakının dəvəti ilə bağlı açıqlama verəcək

XƏBƏRLƏR
  • İrəvanda Nikol Paşinyanın Bakıda keçiriləcək COP29 zirvə toplantısında iştirak etmək üçün dəvətli olması gündəmə çevrilib.Bununla bağlı müxtəlif fikirlər səsləndirilir. Onun Bakıya getməsini istəyənlər də, istəməyənlər də var və hər kəs öz "arqumentini" qəbul etdirməyə çalışır.

Paşinyan isə Bakıdan gələn dəvətlə bağlı nə edəcəyini hələ də açıqlamayıb. O, hazırda məzuniyyətdədir və mətbuatın yazdığına görə gündə velosiped sürür. "Hraparak" isə öz mənbəyinə istinadən xəbər yayıb ki, baş nazir avqustun əvvəllərində geniş mətbuat konfransı keçirəcək və Bakıya gedib-getməyəcəyi barədə rəsmi açıqlama verəcəkdir.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR