Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, “Tarixi Abidələrin Mühafizəsi” ictimai təşkilatının rəhbəri Faiq İsmayılov mətbuata açıqlamasında deyib.
O, vurğulayıb ki, biz sovet dövrünü yaşamış insanlarıq: "Sovet dövrünün özünün memarlığı var idi. İstər yaşayış sahələrində, istərsə də monumental heykəltəraşlıq nümunələri mövcud idi. Amma biz müstəqillik qazanandan sonra həmin heykəltəraşlıq nümunələrini-məsələn Lenini, Marksı tamamilə məhv etdik. Bu belə olmamalı idi. Çünki bu indiki Azərbaycan dövlətinin öz vəsaiti hesabına yaradılıb. İkinci bir tərəfdən isə həmin heykəltəraşlıq nümunələrinə bir bağ yaradıb, həmin bağda onları tanıtmaq olardı.
Məsələn, Leninin heykəlinin yanında onun kim olduğu, azərbaycanlılara qarşı etdiyi bütün mənfi hərəkətlər orada qeyd oluna bilərdi. Turizm üçün də bu müsbət hal idi.
Necə ki, bu gün “Hərbi Qənimətlər Parkı” var. İnsanlar gəlib hər şeyi öz gözləri ilə görüb, qiymət verirlər. Mən “Nənə və baba” heykəlinin də bu cür nümayiş etdirilməsinin tərəfdarıyam. Biz daha çox uçurmaya meylliyik. Buna görə də beynəlxalq, xarici təşkilatlar tərəfindən qınaq obyektinə çevrilirik. Onsuz da həmin təşkilatların bizə qarşı münasibətləri birmənalı deyil. Bir az da onlara stimul vermiş oluruq” deyə Faiq İsmayılov bildirib.
Tahirə AĞAMİRZƏ