Bu barədə Azərbaycan Tibb Universitetinin Mətbuat xidmətindən bildirilib.
Onlar oğlanlar kimi forma geyinəcək, təlimlərdə iştirak edəcək, rütbə alacaqlar.
Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi 25 ildir ki, fəaliyyət göstərir. Və ölkəmizdə hərbi tibbi kadrların hazırlanması üzrə yeganədir.
Son illər ATU-nun bütün strukturlarında islahatlar aparılmasının şahidiyik. Bu proses Hərbi tibb fakültəsindən də yan keçməyib. Fakültənin rəisi, tibb xidməti polkovniki Məharət Rzayevin bildirdiyinə görə, universitetin bütün sahələrində olduğu kimi, rəhbərlik etdiyi fakültədə də yeniliklər baş verib:
“Bu ilədək dövlət qəbul planı tam şəkildə dolmamışdı. Hər il plan 40-50 faiz ancaq yerinə yetirilirdi. Amma ötən ildən etibarən Milli Müdafiə Universiteti tərəfindən edilən yeniliklər öz müsbət nəticəsini göstərdi. Belə ki, universitetin nəzdində Qəbul Komissiyası təşkil olundu. Sənədlərin qəbulunun əlçatanlığını təmin etmək üçün regionlarda 17 qəbul məntəqəsi yaradıldı. Tutaq ki, Gəncəətrafı rayonlarda yaşayanlar Gəncədə, Lənkəran ətrafı rayonlarda yaşayanlar Lənkəranda sənəd verdilər. Aparılan təbliğat kampaniyası və regionlarda məntəqələrin olması vətəndaşların fakültəyə marağını xeyli artırdı. Ötən il planda nəzərdə tutulan 130 nəfərə qarşı 87 nəfər qəbul oldu. Bu isə o demək idi ki, dövlət planı 65 faizdən çox dolub.
Onu da qeyd edim ki, ötən il qəbul balında da dəyişiklik oldu. Keçid balı təxminən 50 bal yüksəldi. Əvvəllər 350 balla daxil olmaq mümkün idisə, keçən il 400 baldan aşağı toplayanlar kənarda qaldı”.
Hazırladı: Mina RƏŞİD