22.11.2024, 18:05
AZ EN
27.12.2022, 16:38 275

Bu gün hər birimiz Qərbi Azərbaycanlıyıq!

XƏBƏRLƏR
  • Dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında iştirak edərək bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Həmin tədbirdə iştirak edən Qərbi azərbaycanlı, millət vəkili Musa Quliyev bununla bağlı Real televiziyasına müsahibə verib.

Musa Quliyev ilk olaraq Prezidentin öz doğum günündə Qərbi Azərbaycan İcması ilə tanış olması və Qərbi azərbaycanlılarla görüşünün böyük rəmzi mənası olduğunu diqqətə çatdırdı. “Prezident öz ad gününü çox vaxt doğmaları ilə birgə keçirir. Bu görüş də o anlama gəlir ki, hər bir Azərbaycan vətəndaşı onun doğması, əzizidir. Bu görüş həm də tariximizin yeni bir mərhələsinin, yenu bir mübarizəmizin başlanması baxımından çox əhəmiyyətlidir”.

Ümumiyyətlə, Qərbi azərbaycanlılar dedikdə kimlər nəzərdə tutulur sualına millət vəkilinin cavabı belə oldu: “Vətən müharibəsi zamanı bütün Azərbaycanlılar qarabağlı idi, yəni özünü belə hiss edirdi. Bu gün də düşünürəm ki, hər birimiz Qərbi Azərbaycanlıyıq. Çünki bizim mübarizəmiz Vətən uğrundadır və Vətənin də o başı - bu başı olmur. Ürəyində vətən sevgisi olan hər kəs, məncə, belə düşünür. Hüquqi cəhətdən isə 1988-ci ildən indiki Ermənistandan öz ata-baba torpağından qaçqın düşən insanlara Qərbi azərbaycanlılar deyilir. Bir də qaçqın statusu olan 1948-1953-cü illərdə SSRİ Ali Sovetinin qərarı ilə Ermənistan SSRİ-dən məcburi köçürülən 100 mindən çox vətəndaşımızdır. O vaxt SSRİ dövründə öz vətənindən köçürülən xalqlar sonra geri qayıtdılar. Məsələn, çeçen-inquşlar, mesxeti türkləri, krım tatarları və.s. Amma azərbaycanlıların Ermənistana qayıtmaq hüququ tanınmadı. 1988-ci ildə 250 minə yaxın soydaşımız qaçqın düşüb. Cənab Prezident də söylədi ki, Qərbi Azərbaycanda 270-dən çox yaşayış məntəqəsi tamamilə azərbaycanlılardan ibarət olub. 300-dən çox məntəqədə isə onlar başqa millətlərlə yanaşı yaşayıblar. Bu gün onların hər birinin geri qayıtmaq hüququ var, həm də öz ailəsi, nəvə-nəticələri ilə birlikdə. Biz haqqımızı beynəlxalq müstəviyə çıxarıb öz gücümüzlə hüququmuzu bərpa etməliyik”.

“Bu milli məsələdə bizim də hər birimizin üzərinə böyük məsuliyyət düşür”, deyən Musa Quliyev Prezidentin görüşdə həmin konsepsiyanın konturlarını cızdığını da söylədi. Bu işin konsepsiyasını hazırlamaq hər birimizin işidir. Kimin ağıllı təklifi varsa, o ya Prezident adminstrasiyanın müvafiq şöbəsinə, ya da QAİ-na müraciət etməlidir.

“35 ilə yaxındır ki, biz torpaqlarımızdan ayrı düşmüşük. Qərbi Azərbaycanla bağlı ədəbiyyatla, tarixlə məşğul olmuşuq, amma hüququmuzla məşğul olmamışıq. İndi hüquq önə çıxmalıdır. Qərbi Azərbaycan tarixi də pərakəndə şəkildə araşdırılıb. Yəni, sistemli, dövlət tərəfindən sifarişlə edilməlidir.  Tarix institutunun “İrəvan xanlığı” kitabından başqa fundamental bir kitab görməmişəm. İndi elə əsərlər yazılmalıdır ki, bütün dünyaya İrəvanın bizim olduğunu sübut eləsin.

Rəhmətlik professor Həsən Mirzəyev Dərələyəz mahalını işlədi, Mən Zəngəzur mahalını, həm tarixini, etnoqrafiyasını, Əziz Ələkbərli isə Vedibasar və Göyçə mahallarını işlədi. Amma sistemli şəkildə komissiya ilə bu işlər görülməlidir. Bu əsərləri də yalnız özümüz oxuyuruq. Prezidentin tapşırığı ilə icmanın geniş portalı yaradılmalıdır. İndiyədək mövcud olan ədəbiyyat resursları bir yerə yığılmalı və bir neçə dilə tərcümə edilməli və dünyaya çatdırılmalıdr. İndiyədək tarixi araşdırmalar olan əsərlərin ingilis, rus və başqa dillərə tərcüməsi həm elektron, həm də çap versiyası dünyaya çatdırılmalıdr.

Ümumiyyətlə, azərbaycanlı ziyalılar öz təkliflərini verməlidir. Nəyi, nə zaman və necə etməliyik.

Ermənilər bizim tarixi-mədəni abidələrimizi dağıdıblar. Erməni vandalizmi dünyaya nümayiş etdirilməlidir. Ermənistanda Azərbaycana məxsus bir abidə, məscid qalmayıb. Bir göy məscid qalıb, onun da qarşısında “İran-fars məscidi” yazılıb. Halbuki bunu İrəvan xanı Hüseynəli xan tikdirib. Azərbaycana məxsus qədim binalar, mədrəsələr, məktəblər yerlə-yeksan edilib. Prezident deyir ki, hər bir şəhərin qədimliyini göstərən şəhər mərkəzi olur. Amma İrəvanda bizdən bir nişanə qoymayıblar qalsın.    

Hazırladı: Mina RƏŞİD      

Oxşar xəbərlər