19.10.2024, 16:22
AZ EN
15.12.2022, 17:13 267

Sülhməramlıların naməlum məramı

XƏBƏRLƏR
  • Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki faydalı qazıntılar yataqlarının qanunsuz istismarına etiraz olaraq Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası davam edir. Aksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir. Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovla görüşü tələb edirlər. 

Artıq dördüncü  gündür ki, ekofəalları, qeyri-kökumət təşkilatları nümayəndələrinin və ictimai fəalların  etirazları davam etməkdədir.

İTV-nin xəbərində bildirilir ki, aksiyanın dördüncü günündə bir sıra maraqlı məqamlar yaşanıb. Onlardan biri də səhər saatlarından etibarən  Rusiya sülhməramlı kontingentinin bu əraziyə səsgücləndirici vasitələri gətirməsidir. Səsgücləndiricilər burda yerləşdirildikdən sonra burada rus dilində müxtəlif  mahnılar səsləndirilib,  səsləndirilən mahnılardan biri də sovet dövründə, xüsusilə də İkinci Dünya müharibəsi zamanı Rusiyanın sovet dövrünün nasizmə qarşı səsləndirilən “Katyuşa” mahnısı olub və nəzərə alsaq ki, rusiyalı sülhməramlılar burda sülhü təmin etmək üçün müvəqqəti yerləşdiriliblər. Onların Azərbaycan tərəfinə belə bir cavab verməsi təbii ki, yolverilməz hərəkətdir.

Eko aktivislər isə geri çəkilmək niyyətində deyillər. Onların tələbləri qüvvədədir və bildirirlər ki, bu tələblər yerinə yetirilmədən  bir addım belə geri çəkilməyəcəklər.

Onu da qeyd edək ki, aksiya yerində baş verə biləcək hər hansı bir hadisəyə görə sülhməranlı kontingenti və quldur ermənilər məsuliyyət daşıyırlar.

Digər bir məqam isə ondan ibarətdir ki, erməni quldurların  guya aksiyaçılar “yolu kəsiblər, qırılırıq”-, deyə hay-həşir qopması köhnə vərdişləridir.

Bir daha təkrarlayırıq ki, yolu sülhməramlı kontingenti kəsib. Hətta Azərbaycan bölgədə yaşayan erməni əsilli vətəndaşlar üçün yardım göstərməyə hazır olduğunu da bildirib. Ermənistan qondarma rejimin rəhbərliyi və sülhməramlı kontingentinin niyyətləri və məqsədləri isə yuxarıda da vurğuladığımız kimi, qaranlıq və məkrlidir. Necə deyərlər, sülhməramlı yox, erməniməramlıdırlar.

Nə edirlər-etsinlər, sonda Azərbaycanın dediyi olacaq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər