Bu sözləri gürcü politoloq Vaso Kopanadze söyləyib.
Onun sözlərinə görə, BMT-nin 4 qətnaməsi 30 ilə yaxın bir müddət ərzində yerinə yetirilmədi. Bütün qətnamələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu və xalqı yerinə yetirdi.
Azərbaycanda olduğu kimi bu günlər Gürcüstanda da təntənəli şəkildə qeyd edilir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə azərbaycanlı qardaşlarımızı təbrik edirəm. Qonşu və dost Azərbaycan xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayıram. "Gürcü xalqı qardaş Azərbaycan xalqı ilə həmrəydir" -deyə, V.Kopanadze vurğulayıb. (AZƏRTAC)