08.06.2025, 14:29
AZ EN
31.12.2024, 09:20 147

ABŞ-nin “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib

XƏBƏRLƏR
  • 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə ABŞ-nin Nyu-York şəhərinin dünyaca məşhur "Times" meydanında məlumatlandırma aksiyası keçirilib.

Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı ilə baş tutub.

Meydanın mərkəzində yerləşən led ekranların birində Azərbaycanın tarixi, milli adət-ənənələri, ərazi bütövlüyünün əks edildiyi nəhəng xəritə, milli atributları, dövlət bayrağı, eləcə də milli geyimləri və rəqslərinin nümayiş olunduğu videogörüntülər əks olunub.

AAYF-nin üzvləri olan, ABŞ-də təhsil alan azərbaycanlı gənclər aksiya barəsində meydanı ziyarət edən turistləri və yerli sakinləri məlumatlandırıblar. Aksiya gün ərzində davam edəcək. (Report)

Oxşar xəbərlər