Bunu “Seçki 2024” Seçki Müstəqil Media Mərkəzinə açıqlamasında Ukraynanın Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov deyib.
Diaspor təşkilatının sədri bildirib ki, Azərbaycanın demokratik seçki ənənəsi sentyabrın 1-də beynəlxalq standartlara uyğun seçkinin keçiriləcəyinə əminlik yaradır: “Ukraynadakı azərbaycanlılar Vətənimizdə baş verən prosesləri yaxından izləyirlər. Hazırda davam edən seçkiqabağı təşviqat kampaniyasının demokratik qaydalara uyğun, qanuni şəkildə aparıldığını, namizədlərə bərabər şəraitin yaradılığını görürük. Ölkədə demokratik seçki mühiti var. Bu mühit ölkə sərhədlərindən kənarda da aydın görünür”.