Məqalədə İkinci Qarabağ - Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yeni reallıqların yaranmasına imza atması ilə həm regionda, həm də dünya siyasətində tamamilə yeni bir ab-hava yaratmağa nail olduğu, habelə ölkəmizin bütün platformalarda sülhə, əmin-amanlığa, firavan gələcəyə doğru öz qətiyyətli mövqeyini ortaya qoyması ilə bağlı məlumatlar öz əksini tapıb.
Eyni zamanda, deputat Azərbaycanın postmüharibə dövründə sülh sazişinin imzalanması üçün Fransanın iştirakına, onun öz sülhməramlı missiyasını yerinə yetirməyə imkan yaratmasına baxmayaraq, Fransanın bu danışıqlarında yer alaraq tamamilə başqa bir gündəliyi müzakirəyə çıxarmasına, sonradan müxtəlif vasitələrlə Azərbaycanı işğalda ittiham etməsinə, Makronun Azərbaycan-Fransa münasibətlərinə qarşı etdiyi xəyanətə, hörmətsizliklərə dair bir sıra məqamlara toxunub.
Məqalədə M.Əfəndiyev keçdiyimiz günlərdə Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi, özündə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan, riyakar mövqe ehtiva edən qətnaməni xüsusi vurğulayıb, Azərbaycan parlamentinin Fransanın davamlı olaraq anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq qəbul etdiyi 2022-ci il 16 noyabr tarixli Bəyanatının mahiyyətini, bu Bəyanatın ölkəmizə qənim kəsilən bütün qüvvələrə açıq xəbərdarlıq olduğunu qeyd edib.
Həmin məqalə ilə aşağıdakı keçiddən istifadə etməklə tanış olmaq mümkündür: https://www.eureporter.co/world/azerbaijan-world/2022/11/22/the-resolution-adopted-by-the-french-senate-is-a-blow-to-the-peace-process/
(AZƏRTAC)