Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) noyabrın 22-də Bakıda keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransında çıxışı zamanı deyib.
O bildirib ki, ümummilli lider Heydər Əliyev ölkədə və regionda sülhün təmin olunması üçün lazımi bütün addımları atmışdı və 1994-cü ildə atəşkəsin təmin olunmasına nail olmuşdu: "Ulu öndər ölkəmizin inkişafına öz töhfəsini verdi və bütün dünyanı Azərbaycana gətirdi. Həmçinin ölkənin potensialını və resurslarını da dünyaya açdı. Ulu öndər Heydər Əliyev ən əsası ölkəyə demokratiya gətirdi”.
“Heydər Əliyev sadəcə 10 il prezidentlik dövrü olmasına baxmayaraq, bu müddət ərzində Azərbaycanda gözlə görüləcək qədər dəyişikliklərə imza atdı. 2003-cü ildə Prezident seçilən İlham Əliyev də ümummilli liderin irsini davam etdirməyə qərar verdi”, - S.Seyidov vurğulayıb.
Komitə sədri xatırladıb ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı erməni işğalından azad edib: “BMT-nin 4 qətnaməsini özümüz təmin etmişik və Azərbaycan regionda sülhün bərqərar olunması üçün əlindən gələni edir”. (Report)