20.04.2025, 05:59
AZ EN
06.06.2024, 19:30 286

Milli Məclisin sədri: Azərbaycan TÜRKPA-nın fəaliyyətə olan sədri kimi var gücü ilə çalışacaq

XƏBƏRLƏR
  • Azərbaycan TÜRKPA-nın fəaliyyətə olan sədri kimi əməkdaşlığın inkişafı naminə var gücü ilə çalışacaq.

Bunu TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Bakıda keçirilən TÜRKPA-nın 13-cü plenar sessiyası çərçivəsində təşkil olunan mətbuat konfransında söyləyib.

TÜRKPA-nın 13-cü sessiyasının nəticələrinin ümumi işə, əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirən Sahibə Qafarova deyib ki, TÜRKPA ortaq dəyərlərə sahib bir qurumdur və biz hamımız vahid güc kimi türk dövlətlərinin həmrəyliyi naminə birgə səylərimizi davam etdirəcəyik.

O qeyd edib ki, sessiyanın gündəliyində duran bütün məsələlər nəzərdən keçirilib, müəyyən qərarlar verilib, qurumun büdcəsi, Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə bir sıra mühüm mövzulara toxunulub.

Milli Məclisin sədri ümidvar olduğunu bildirib ki, tədbirdə “yaşıl enerji” sahəsində plenar sessiyada aparılan müzakirələr, irəli sürülən təkliflər öz töhfəsini verəcək. (AZERTAC)

Oxşar xəbərlər