24.04.2025, 18:25
AZ EN
21.10.2024, 16:45 187

Delimitasiyanın harada davam edəcəyi hələ müəyyənləşməyib

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistan hökumətlərinin müvafiq komissiyaları növbəti mərhələ üçün dövlət sərhədinin delimitasiyasının hansı ərazilərdə aparılacağını hələ müzakirə etməyib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının oktyabrın 21-də müvafiq məsələnin müzakirəsi zamanı bildirib. Müzakirələr zamanı “Ermənistan” müxalifət blokundan olan deputat Levon Koçaryan omdan sərhədin delimitasiyanın aparılacağı hissələrinin hansı prinsiplə müəyyən olunduğunu və növbəti hissənin necə olacağını soruşub.

Baş nazirin müavini isə Koçaryanın sualına cavab verərkən belə deyib: “Növbəti sahə ilə bağlı heç bir müzakirə olmayıb. Shənin hansı prinsiplərə əsasən seçiləcəyi hələ müəyyən edilməyib. Bir direktiv var: məsələ konsensus çərçivəsində həll olunmalıdır”.

Qriqoryan müavini sərhədlərin müəyyənləşdirilməsi məsələsinin həlli üçün hüquqi istiqamətə keçməyi düzgün hesab edir. Onun sözlərinə görə, hüquqi müstəvidə razılaşma tərəflər arasında sazişin imzalanması ilə nəticələnəcək: "Həmin razılaşma əsasında sərhədin bütün hissələrini təsvir edən protokol olacaq. Biz sərhədin artıq başa çatdırılmış hissələrinə bir daha qayıtmamağa razılaşdıq. Çünki iş çox mürəkkəbdir və xaos yarana bilər”.

Ermənistan hökumətinin nümayəndəsi posesin ləngiməsinin əsas səbəbini delimitasiya olunacaq növbəti ərazilərin hələ müəyyən edilməməsi ilə əlaqələndirib.

Elxan SALAHOV

Oxşar xəbərlər