10.10.2024, 13:51
AZ EN
18.09.2024, 16:44 238

Qərbi Azərbaycan İcması BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyasında təmsil olunur

XƏBƏRLƏR
  • İsveçrə Konfederasiyasının Cenevrə şəhərində sentyabrın 9-dan oktyabr ayının 11-dək BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası keçirilir.

Bu sessiyanın gündəliyində irqçiliyə qarşı mübarizə, yerli xalqların hüquqları, iqlim dəyişikliyinin təsirləri və digər məsələlər dayanır. Sessiyaya BMT-nin üzv dövlətləri və bir sıra beynəlxalq təşkilatlar ilə yanaşı vətəndaş cəmiyyətinin nümayəndələri də qatılıblar.

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – Mətbuat katibi Ülviyyə Zülfiqar, vətəndaş cəmiyyətinin nümayəndəsi qismində sözügedən sessiyanın işində iştirak edir.

Tahirə Ağamirzə

Oxşar xəbərlər