05.02.2026, 15:31
AZ EN
05.02.2026, 13:28 34

Nazir: "Azərbaycan regionda mühüm logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir"

XƏBƏRLƏR
  • Azərbaycan strateji nəqliyyat marşrutlarını - Orta Dəhlizi və Zəngəzur dəhlizini fəal şəkildə inkişaf etdirir, beynəlxalq tədarük zəncirlərində və regional qarşılıqlı əlaqədə rolunu gücləndirir.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinin "Global Times" nəşrinə müsahibəsində bildirib.

"Azərbaycan Orta Dəhlizi və Zəngəzur dəhlizini Avrasiya nəqliyyat infrastrukturunun bir-birini tamamlayan elementləri kimi təqdim edir, Asiya və Avropanı əlaqələndirən əsas logistika mərkəzi kimi rolunu möhkəmləndirməyə, eyni zamanda, regional sabitliyə, iqtisadi inkişafa və Çinlə qarşılıqlı faydalı əməkdaşlığa kömək etməyə çalışır", - o bildirib.

Nazirin sözlərinə görə, ölkənin müasir infrastrukturu - dəmir yolu şəbəkəsi, Xəzərdəki limanlar və azad iqtisadi zonalar artıq regional əlaqələrin təmin edilməsində getdikcə daha mühüm rol oynayır:

"Azərbaycan özünü qlobal təchizat zəncirlərinin davamlılığına və şaxələndirilməsinə töhfə verən etibarlı və sabit tranzit tərəfdaşı kimi göstərib". (Report)

Oxşar xəbərlər