30.04.2024, 21:53
AZ EN
17.04.2024, 18:02 165

Paşinyan Əskiparadan köçməli olan ermənilərin suallarını cavablandırıb

XƏBƏRLƏR

Ermənistan Baş naziri Nikol Paşinyan Voskeparda (Əskipara) yerli sakinlərə Azərbaycanla sülh, o cümlədən delimitasiya prosesindəki mövcud vəziyyəti təqdim edib.

"Vətən səsi" xəbər verir ki, bunu baş nazirin sözçüsü Nazeli Baqdasaryan deyib. Onun sözlərinə görə, Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası, o cümlədən bölgədə baş verəcək dəyişikliklər və Qazaxın 4 kəndin qaytarılması ilə bağlı erməni sakinlərin suallarını cavablandırıb.

Xatırladaq ki, Nikol Paşinyan nir ay əvvəl, martın 18-də də Əskipara kəndində olub, sakinlərlə görüşüb. O, həmin görüşdə 4 kəndin Azərbaycana qaytarılacağı anonsunu vermişdi. Söhbət Qazax rayonunun Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanıs Ayrım kəndlərindən gedir.

Elxan SALAHOV

Oxşar xəbərlər