"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, nazir ATƏT sədri ilə birgə mətbuat konfransında “Tramp yolu” və ya qısaca olaraq "TRIPP" adlandırılan Zəngəzur dəhlizi ilə bağlı hazırlıqlardan danışıb. Mirzoyan bir daha xatırladıb ki, TRIPP dəmir yolunun Ermənistanın cənubundan keçəcək hissəsidir.
Erməni nazir dünən Şarm əl-Şeyxdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdüyünü də söyləyib. O, deyib ki, həmin görüşdə iki ölkə arasında əlaqələrin nizamlanması üçün bütün mümkün həll yollarını, o cümlədən infrastrukturun blokdan çıxarılması məsələsini müzakirə ediblər: "Blokun açılması bir sıra prinsiplər əsasında aparılacaq - ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, dövlətlərin yurisdiksiyası və qarşılıqlı. Bu prinsiplər bütün kommunikasiyalara, o cümlədən “Tramp yolu”na aiddir".
Mirzoyan deyib ki, hazırda Amerika tərəfi ilə də TRIPP üzrə texniki həllər müzakirə olunur. Onun sözlərinə görə, dəhlizin saxlanmasına cavabdehlik ortaq erməni-amerikan şirkətinə həvalə ediləcək: "Yekun qərar qəbul edildikdən sonra bu barədə məlumat veriləcək. İndiyədək dərc edilənlər razılaşdırılıb. Qalanları dəqiqləşdiriləcək, bütün tərəflər razılaşdırılacaq və məlumat veriləcək".
Elxan SALAHOV