23.12.2024, 21:53
AZ EN
17.11.2022, 15:40 635

Azərbaycan Prezidenti: Əgər Ermənistan sülh istəyirsə, onda o, çox təhlükəli ritorikadan əl çəkməlidir

XƏBƏRLƏR
  • “Bir sözlə, bir daha deyirəm ki, biz onların əməllərini sözlərlə deyil, addımlarla ölçməliyik. Çünki onların dedikləri sözlər etdikləri əməllər və ya planları ilə ziddiyyət təşkil edir. Bununla bağlı, bilmirəm, siz Ermənistan rəhbərliyindən birbaşa cavab almışınız, yoxsa yox. Mən şübhə edirəm, çünki onlar bu ikimənalılığı saxlamaq istəyir və bu isə heç də fayda gətirmir”.

Bunu Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Eyni zamanda, əgər bu ölkə sülh istəyirsə, onda o, çox təhlükəli ritorikadan əl çəkməlidir”, - Azərbaycan Prezidenti qeyd edib.

Oxşar xəbərlər