Sibiqa bu barədə "X" hesabında yazıb.
"Azərbaycanlı həmkarım Ceyhun Bayramovla telefon danışığım oldu. İkitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə etdik, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bir daha təsdiqlədik", - paylaşımda bildirilib.
Sibiqanın sözlərinə görə, tərəflər təhlükəsizlik məsələləri, qarşılıqlı əlaqə, nəqliyyat marşrutlarının və dəhlizlərinin inkişafı daxil olmaqla beynəlxalq gündəmdə olan geniş məsələlərə dair fikir mübadiləsi aparıb. (Report)