Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2-ci Afrika Şəhərsalma Forumu çərçivəsində komitə sədri Anar Quliyev Zimbabve Respublikasının yerli idarəetmə və ictimai işlər naziri Daniel Garve ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Zimbabve arasında münasibətlərin müsbət inkişaf dinamikası vurğulanıb, dayanıqlı şəhər inkişafı istiqamətində mövcud imkanlar və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. (Report)