07.03.2026, 02:04
AZ EN
06.03.2026, 17:42 39

Vaşinqton razılaşmaları Paşinyana inamı artırıb

XƏBƏRLƏR
  • Ermənistanla Azərbaycan arasında sülhün təmin edilməsi Nokol Paşinyan hakimiyyətinin son 6 ayda ən böyük nailiyyəti hesab olunur.

"Vətən səsi" xəbər verir ki, bu, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) Ermənistanda keçirdiyi sorğunun nəticələrinə əsasən belə qənaətə gəlib. Bildirilir ki, sorğuda iştirak edən respondentlərin 17 faizi hökumətin son aylardakı ən böyük nailiyyətini təhlükəsizlik və sülhün təmin edilməsi hesab edir. Respondentlərin 9 faizi xarici siyasətin şaxələndirilməsini, 7 faizi orduda dəyişiklikləri, 4 faizi Azərbaycanla sülh müqaviləsinin paraflanmasını, 3 faizi “Tramp Marşrutu” layihəsi üzər razılaşmanı, 2 faizi məcburi hərbi xidmət müddətinin azaldılmasını hökumətin son altı aydakı uğurları sayır. Respondentlərin 32 faizi isə Ermənistan hökumətin bu müddətdə heç nəyə nail olmadığına inanır. Daha 17 faizi suala cavab verməkdə çətinlik çəkib.

Xatırladaq ki, ötən ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən üçtərəfli görüş tərəflər arasında münasibətlərin normallaşdırılmasına dair Birgə Bəyannamə imzalanıb. Həmin razılaşmalar regionda uzunmüddətli sülhün bərqərar olması üçün etibarlı hüquqi və siyasi baza hesab olunur. "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlanan Zəngəzur dəhlizinin layihəsininn reallaşması haqqında ABŞ və Ermənistan arasında sənədin imzalanması isə Azərbaqycanın təşəbbüsü ilə regionun tranzit imkanlarının genişləndirilməsinə geniş imkanlar yaradır. Məhz bu razılaşmalar Azərbaycanın xarici siyasətində geosiyasi balansları yenidən müəyyən edən "Strateji dönüş"  və rəsmi Bakının beynəlxalq müstəvidə öz milli maraqlarını təmin edən diplomatik qələbəsi kimi qiymətləndirilir.

Elxan SALAHOV

Oxşar xəbərlər