"Vətən səsi" xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilir ki, müraciətdə ermənilər Bakıya səfər edən Rusiya prezidentindən Qarabağ erməniləri ilə bağlı kömək etməsini istəyiblər. Bir neçə gün əvvəl Moskvaya göndərilmiş müraciətdə ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı həbs olunan separatçı qurumun rəhbərlərinin, o cümlədən Ruben Vardanyan, Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David Babayan, David İşxanyan, David Manukyan və Levon Mnatsakanyanın adları çəkilib.
Rusiya Erməniləri İttifaqı adları çəkilən və digər şəxslərin taleyi ilə bağlı irəliləyişin əldə olunacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ötən axşam Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində ölkəmizdə dövlət səfərində olan Putinlə şam ediblər.
Elxan SALAHOV