01.07.2025, 18:54
AZ EN
27.11.2024, 17:51 206

Ermənistanın KTMT-ni boykot etməsində Azərbaycan amili...

XƏBƏRLƏR
  • Qırx dörd günlük müharibədən sonra Rusiyadan küsərək Kremlin şətiri altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini dondurması erməni ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmır.

“Vətən səsi” xəbər verir ki, Ermənistanda fərqli mövqelərə malik siyasi dairələr Paşinyan hakimiyyətini bu təşkilatla münasibətləri düzgün tənzimləməməkdə güenahlandırır. Böyük əksəriyyət hesab edir ki, KTMT çərçivəsdində fəaliyyətini dondurmaq nəinki İrəvanın dövlət maraqlarına cavab vermir, hətta ölkənin təhlükəsizliyi üçün risklər yaradır. Xüsusilə “KTMT düyünü”ndən dolayı Rusiya ilə münasibətlərin pisləşdirmək Ermənistanın ziyanınadır.

“Vətən səsi xəbər verir ki, bunu Ermənistan parlamentinin "Hayastsan" fraksiyasının deputatı Artur Xaçatryan deyib. O, bildirib ki, Ermənistan KTMT çərçivəsindəki fəaliyyətinə "ya-ya da" prinsipi ilə yanaşmaq lazımdır: “İndi hakimiyyətin səlahiyyətliləri deyir ki, biz şaxələndiririk. Amma hansı istiqamətdə diversifikasiya etmək istəyirlərsə, o istiqamətdən heç bir reaksiya gəlmir. KTMT ilə əməkdaşlığı dondurublar, NATO-nun isə Ermənistana “gəl bizimlə hərbi təlimlərdə iştirak et” dediyini də görməmişik”.
Artur Xaçatryan hakimiyyəti KTMT ilə əməkdaşlıq məsələsində konkret qərara gəlməyə çağırıb. Onun sözlərinə görə, bu hərbi təşkilatın üzvü ola-ola onun tədbirlərində istədiyin vaxt iştirak etmək, istəmədikdə isə kənara çəkilmək qeyri-ciddi yanaşmadır: "KTMT-yə üzvlük toyuq deyil ki, soyuducuya qoyub, dondurub, sonra çıxarasan".

Erməni deputat iddia edib ki, Paşinyan hakimiyyəti Azərbaycanın razı qalması üçün KTMT-nin tədbirlərini boykot edir. Sərsəm açıqlamasını davam etdirərək deyib ki, Ermənistanın KTMT-də fəal iştirak etməsinə Azərbaycan icazə vermir: “Bizim hökumət nümayəndələrimiz KTMT-nin tədbirlərinə belə getmirlər. Çünki məncə, Azərbaycan buna icazə vermir. Azərbaycan bəyan edib ki, Ermənistan hərbi potensialını artırmaq üçün addımlar atan kimi biz də əks addımlar atacağıq. İstisna etmirəm ki, onlar Azərbaycana ağır söz deməkdən çəkinirlər. Roma Statutu ilə bağlı Azərbaycandan qorxurlar, ona görə də yalan danışırlar, aldadırlar, vədlərinə əməl etmirlər. Daha çox deyim ki, Azərbaycanın təzyiqi ilə bu yaxınlarda Paşinyan ikitərəfli qaydada iddiaları geri götürmək niyyətində olduqlarını açıqladı".

Elxan SALAHOV

 

Oxşar xəbərlər