"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının rəhbəri Hayk Koncoryan deyib. O, Ermənistanın Qarabağ müharibəsi mövzusunda həm hərbi, həm də siyasi müstəvidə uduzmasıbna görə sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanı ittiham edib: "Ermənistanın ilk üç prezidenti dövründə ölkədən bir milyon insan birdəfəlik gedib. Ona görə də xalqın etimadını və inamını itirmiş həmin dairələrin bir daha hakimiyyətə qayıtmasına imkan verməyəcəyik".
Koncoryan siyasi rəqiblərinə hakimiyyətə yiyələnməsinə necə imkan verməyəcəklərinə dair suala cavab olaraq o bildirib ki, demokratik yol ilə irəliləyərək və parlament seçkilərində xalqla birlikdə qələbə qazanaraq buna nail olacaqlar. Onun sözlərinə görə, "Vətəndaş Müqaviləsi"nin iyulun 7-də əldə edəcəyi qələbə Ermənistan xalqının qələbəsi olacaq.
Ermənistandakı müxalif "Birlik Qanadları" partiyasının sədri Arman Tatoyan isə deyib ki, sabiq prezidentlər qarşıdan gələn parlament seçkilərində iştirak edərsə, bu, onların iştirakı ilə Nikol Paşinyanın yenidən seçilmə şanslarını artıracaq. Onun fikrincə, sabiq prezidentlərin seçkiyə qatılması onların hakimiyyətindən narazı olan qüvvələri Paşinyanın tərəfdarına çevirəcək: "Nikol Paşinyanın xeyrinə təkcə onu dəstəkləyən insanlar yox, həm də keçmişə qayıdışı istəməyən insanlar səs verirlər. Üstəgəl, belə olanda sabiq prezidentlər hakimiyyətə əlavə legitimlik qazandırırlar".
Tatoyan özünün əldə etdiyi məlumatlara əsaslanaraq vurğulayıb ki, Levon Ter-Petrosyan və Serj Sərkisyan qarşıdakı seçkilərdə şəxsən iştirak etməyəcək: "Çox yaxşı olardı ki, Robert Köçəryan da bu nümunəni izləsin, biz də bu bədbin dairədən çıxa bilək".
Müxalif partiya lideri iddia edib ki, Nikol Paşinyanın yenidən Baş naziri vəzifəsinə seçilməsini Azərbaycan da dəstəkləyir: “Azərbaycanın seçkilərdə dəstəkləyəcəyi namizədin kim olduğu bəllidir, Nikol Paşinyanı nəzərdə tuturdum".
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Elxan SALAHOV