"Vətən səsi" xəbər verir ki, Nikol Paşinyan Tbilisidə keçirilən V İpək Yolu Forumunda çıxışı zamanı bu məsələyə də toxunub. Erməni Baş nazir bildirib ki, rəsmi Bakının bu qərarın regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir: "Bu, sülh region üçün çox vacibdir. Regiondakı kommunikasiyaların, yolların və iqtisadi əlaqələrin inkişafı Cənubi Qafqazda sülh və rifahı möhkəmləndirəcək. Əlaqələrin qurulması və əməkdaşlığın genişlənməsi region ölkələrinə daha çox imkanlar, inkişaf və firavanlıq gətirəcək. Bu, Cənubi Qafqazda sülhü daha da möhkəmləndirəcək".
Nikol Paşinyan vurğulayıb ki, Gürcüstanın dialoq və əməkdaşlıq üçün yaratdığı mühit Cənubi Qafqazda sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. O, V Tbilisi İpək Yolu Forumu region ölkələrini birləşdirən və qarşılıqlı əlaqələri dərinləşdirən vacib təşəbbüsdür kimi qiyçətləndirib: "Forum region ölkələri arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır və bu platformanın sayəsində Ermənistanın Azərbaycanla sülhə daha da yaxınlaşıb. Bu böyük layihə yalnız iqtisadi deyil, həm də sülh və sabitlik üçün önəmli addımdır. Onun nəticələrindən biri kimi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən sülh yolu açılacaq".
Elxan SALAHOV