23.12.2024, 19:58
AZ EN
14.12.2022, 17:50 376

Çavuşoğlu: Qarabağdakı ekoloji vəziyyətlə bağlı haqlı mübarizədə Azərbaycanı dəstəkləyirik

XƏBƏRLƏR
  • Türkiyə hər zaman Azərbaycanın yanındadır. Müharibə zamanı da yanında oldu, indiki sülh şəraitində də yanındadır.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşündən sonra Azərbaycanlı jurnalistlərin suallarına cavab olaraq bildirib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin inkişafı üçün görüləcək çox iş var.

“Digər tərəfdən, Laçın dəhlizinin yaradılma məqsədi bəllidir. Rusların orada sülhü qorumaq vəzifəsi var, amma digər tərəfdən də Azərbaycanın öz torpaqlarındakı sərvətlərinin qanunsuz şəkildə çıxarılıb satılması həm beynəlxalq hüquqa ziddir, həm də Azərbaycanın sərvətlərinin oğurlanması mənasına gəlir. Bir tərəfdən də nəzarətsiz ətraf mühit problemləri var və oraya müşahidəçi qismində gedən insanların qarşısının alınması pozuntuların nə dərəcədə şiddətli olduğunun göstəricisidir”, - deyə o bildirib.

Çavuşoğlu əlavə edib ki, Rusiya tərəfi bu məsələdə Azərbaycanla əməkdaşlıq etməli, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilər isə bu yoxlamaların qarşısını almamalıdır.

“Burada əsas vəzifə rusların üzərinə düşür, çünki Laçın dəhlizinin normal şəkildə işləməsi də onların məsuliyyətindədir. Bu məsələdə Azərbaycan hüquqi baxımından da, ədalətli olaraq qanunsuz fəaliyyətlərə qarşı çıxmaq baxımından da haqlıdır. Buna görə də biz Azərbaycanı bu haqlı mübarizədə də dəstəkləyirik”. (APA)

Oxşar xəbərlər