Prezident bu barədə "X" sosial media hesabında yazıb.
"Xocalı qətliamının 34-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızı rəhmət və dərin hüznlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.
Ağrısını hər zaman qəlbimizin ən dərinində hiss edəcəyimiz bu insanlıqdan uzaq qətliamı heç vaxt unutmayacağıq", - paylaşımda qeyd olunub. (Report)