Nazir "Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz - Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi" mövzusunda panel müzakirələrində çıxış edib.
Bakı ilə İrəvan arasında paraflanmış sülh sazişinin imzalanması və normallaşma gündəliyinin daha da irəli aparılması baxımından Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və Vaşinqton Bəyannaməsinə uyğun olaraq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin icrasında real irəliləyişin əldə olunmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. (Report)