Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu barədə qərar Özbəkistanının Daşkənd şəhərində keçirilən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası çərçivəsində qəbul edilib.
Növbəti mərhələdə nazirlik nominasiyanın ICESCO-nun Əsas Siyahısına daxil edilməsi istiqamətində işlər aparacaq.
Qeyd edək ki, 1977-ci ildən tarix-memarlıq qoruğu elan edilmiş Ordubad şəhəri 24 oktyabr 2001-ci ildə UNESCO-nun Ümumdünya İrsinin İlkin siyahısına daxil edilib.
Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2024-cü il müvafiq sərəncamı ilə "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. (Report)