14.03.2025, 20:02
AZ EN
14.03.2025, 10:00 29

Paşinyandan Türkiyəyə mesaj: "Söz böyüyündür..."

XƏBƏRLƏR
  • “Türklərdə “Su kiçiyin, söz böyüyündür” deyimi var. Məsələ burasındadır ki, bizdə də belə bir söz işlədilir. Məni Türkiyə təmsilçiləri ilə təmaslarımızda ən çox təəccübləndirən də bu olub”.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, türk rəsmiləri ilə görüşlərdə, müxtəlif deyimlərlə bir-birlərinə müraciətlər edirlər: “Mübaliğə etmək istəmirəm, amma yəqin ki, Türkiyə təmsilçiləri ilə söhbətimdə azı 3-4 dəfə bu atalar sözündən sitat gətirmişəm. Türk həmsöhbətlərim “bilirsinizmi, bizdə də belə bir söz var” deyiblər. Sizin də çıxışınızın lap əvvəlində işlətdiyiniz bu ifadə Ermənistanda çox yayılmış bir deyimdir və mən bunu bizim böyüklərimizdən də minlərlə dəfə eşitmişəm. Valideyn və ağsaqqal kimi özüm də bu sözdən uşaqlarımla ünsiyyətdə istifadə edirəm. Əgər bu bir mesaj kimi qəbul edilsə, məncə, bu, olduqca yaxşı icmarış olar”.

Ermənistanın Baş naziri "Söz böyüyündür..." türk atalar sözlərini xatırlatmaqla həm də Türkiyənin böyük olduğunu qəbul etdiyinə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində addımlar atcağını gözlədiyinə işarə edib.

Paşinyan onu da əlavə edib ki, onun Türkiyə prezidenti Tayyib Ərdoğanla Nyu-Yorkda görüşərkən çəkdiyi şəkli çox bəyənilir. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanla görüş vaxtı çəkilmiş həmin foto sosial media istifadəçiləri arasında ən çox paylaşılan, ən çox izlənən və ən çox bəyənilən məlumatdır: "Bu, onu göstərir ki, bizim Nyu-Yorkdadakı görüşümüz böyük marağa səbəb olub. Türkiyə və Ermənistan nümayəndələri arasında əlaqələrin qurulması müsbət haldır. Bu, ilk baxışda sadə görünə bilər, amma olduqca simvolikdir. İki ölkə təmsilçiləri arasında əvvəllər mənfi reaksiyalara səbəb olan görüşlər artıq psixoloji baryerləri aşıb. Düzdür, bu, hələ ticarət kimi vacib məsələlərə sirayət etməyib, lakin mühüm hadisədir. Prosesin uğursuz olacağını demək üçün tezdir”.

Ermənistanın Baş naziri əlavə edib ki, tərəflər arasında normallaşma prosesi daha üç ay, altı ay və ya bir il gecikə bilər. Lakin onun fikrimcə, bu, yalnız zaman məsələsidir: "Ona görə də səbrli olmalıyıq, bu mövzuda bəyanatlar ölkə daxilində birmənalı qarşılanmır”.

Elxan SALAHOV

Oxşar xəbərlər