"Vətən səsi" xəbər verir ki, bu barədə erməni ekspert Anna Paxlyan ABŞ prezidentinin İranla əməkdaşlıq edən ölkələrə 25 faizlik tarif tətbiq etmək qərarını şərh edərkən deyib. İqtisadçı mürəxəssis bildirib ki, Trampın bu xəbərdarlığı Ermənistanı ciddi seçim qarşısında qoyur. Çünki faktiki olaraq iki əsas qonşu olan Türkiyə və Azərbaycanla iqtisadi ticarət imkanlarından məhrum olan Ermənistan bu boşluğu əsasən İranla əməkdaşlıq hesabına doldurmağa çalışır. Belə olan halda ABŞ liderinin 25 faizlik tarif tələbi Ermənistanı İranla ticarətdən çəkinməyə məcbur edir.
Anna Paxlyan bildirib ki, İranın Ermənistanın xarici ticarət strukturunda böyük payı var. Onun sözlərinə görə, Ermənistandan ABŞ-a ixrac həcmi daha məhduddur. Üstəlik, İran bazarı da Ermənistan üçün əsas ixrac istiqaməti sayılmır: "2024-cü ildə Ermənistandan İrana ixracın həcmi cəmi 108,3 milyon dollar qiymətləndirilib ki, bu da Ermənistanın bütün ixracının 0,8 faizinə bərabərdir. Eyni dövrdə Ermənistandan ABŞ-a ixracın həcmi 58,9 milyon dollar və ya ümumi həcmin 0,5 faizini təşkil edib. 2025-ci ilin yanvar-noyabr aylarında Ermənistan İrana 83,4 milyon, ABŞ-a isə 46,2 milyon dollar dəyərində mal ixrac edib".
Erməni iqtisadı onu da əlavə edib ki, ABŞ və İranla münasibətlərdə Ermənistan daha çox idxalçı ölkə kimi mövqe tutur. Lakin faktiki idxal həcmləri hiss olunmayacaq dərəcədə aşağıdır. Anna Paxlyanın sözlərinə görə, 2024-cü ildə ABŞ-dan Ermənistana 351,7 milyon dollar dəyərində mal idxal edilib ki, bu da İrəvanın ümumi idxalının 2,1 faizinə bərabərdir: "İrandan idxalın həcmi 629,2 milyon dollar və ya ümumi həcmin 3,7 faizini təşkil edib. Bu şəraitdə İranla iqtisadi əməkdaşlığa 25 faiz tarif tətbiqinin, xüsusən də birbaşa gömrük yükü baxımından Ermənistan üçün zəif iqtisadi təsir göstərəcəyi gözlənilir. Amma İranın Ermənistan üçün geosiyasi və strateji əhəmiyyəti nəzərə alındıqda Trampın qərarının siyasi konteksti daha təsirli və hiss olunacaq dərəcədədir".
Elxan SALAHOV