Bu barədə "Baku Tv"nin hazırladığı süjetdə bildirilir.
Qeyd olunur ki, parkda yerli xammala əsaslanan məhsulların istehsalı ilə yanaşı, yeni iş yerlərinin yaradılması üçün də geniş imkanlar formalaşdırılıb. Burada istehsal olunan məhsullar həm Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulmasında, həm də ölkənin digər regionlarında istifadə olunur.
Elektrik avtomobilləri üçün şarj cihazları da məhz bu sənaye parkında fəaliyyət göstərən zavodda istehsal edilən məhsullar sırasındadır. (Report)