"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. Onun sözlərinə görə, ölkənin yeni milli təhlükəsizlik strategiyası “Real Ermənistan” konsepsiyası çərçivəsində olacaq: “2021-ci il seçkilərindən sonra yeni milli təhlükəsizlik strategiyasına sahib olmağı müzakirə edirdik, amma 2021-ci ildən başlayaraq ətrafımızdakı təhlükəsizlik mühiti sürətlə dəyişməyə başladı. Bununla belə, son dörd ildə daim dəyişən siyasi xəttimizə aydınlıq gətirildi, indi siyasətlərimizə daha aydın baxışımız var. Başqa sözlə, ətrafımızda durum dəyişməkdə davam edir, amma siyasətlərimiz aydınlaşdırılıb ki, bunlardan biri də müxtəlif komponentləri olan “Real Ermənistan” konsepsiyasıdır”.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 19-da milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsi ilə bağlı fərman imzalayıb. Onun müəllifi olduğu konsepsiyaya görə, “Real Ermənistan” indiki Ermənistan sərhədlərini əhatə edir və qonşulara ərazi iddialarını istisna edir. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından gedir. “Real Ermənistan” konsepsiyası uzun müddətdir ölkədə müzakirə mövzusudur. Radikal siyasi-ictimai çevrələr Baş nazirin bu konsepsiyasına qarşı çıxırlar. Onlar Paşinyanıı irəli sürdüyü konsepsiyada Ermənistanın qanuni ərazisinin 29,8 kvadratkilometr olması fikri ilə razı deyillər.
Elxan SALAHOV