24.07.2025, 06:43
AZ EN
02.06.2025, 17:43 115

Ermənistan sülh sazişini dərhal imzalamaq istəyirsə....

XƏBƏRLƏR
  • Ermənistan Azərbaycanla sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə deyib. O, əminliklə bildirib ki, sülh sazişinin imzalanması təkcə Ermənistanın deyil, bütün regionun xeyrinədir: "Əminəm ki, tərəflərin bütün narahatlıqlarını aradan qaldırmağın ən aydın, birbaşa və ən qısa yolu regionumuzda dinc yanaşı yaşama erasını başladacaq sazişin imzalanması və ratifikasiyasıdır”.

Kostanyan iddia edib ki, Ermənistan Azərbaycanla əməkdaşlıq və sərhədlərin açılmasını istəyir.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da oxşar bəyanatla çıxış edib. O,  iki gün əvvəl “X” platformasında yazmışdı ki, dünyada sülhə böyük tələbatın olduğu bir dövrdə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması istiqamətində əhəmiyyətli addımlar atılır: "Sülh sazişinin imzalanması və ratifikasiyası Cənubi Qafqaz regionunda yeni bir dövrün, sülh və əməkdaşlıq mərhələsinin başlanmasına zəmin yaradacaq,".

Bununla belə, Ermənistan hökumətinin sülh sazişinin imzalanması istiqamətətindəki addımları bəyanatlardan o tərəfə keçmir. Belə ki, sülh sazişinin imzalanması üçün rəsmi Bakının irəli sürdüyü iki vacib şərtin yerinə yetirilməsi barədə indiyədək hər hansı qəti addım atılmayıb. Halbuki Azərbaycan tərəfi həm prezident, həm də Xarici İşlər Nazirliyi səviyyəsində həmin tələbləri dəfələrlə bəyan edib. Bildirilib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılarsa və ATƏT-in Minsk Qrupunun ləğvi barədə müraciət olunrsa, rəsmi Bakı sükh sazişini imzalamağa hazırdır. Lakin Ermənistan rəhbərliyi öz bəyanatlarında Azərbaycanın irəli sürdüyü şərtlərlə bağlı fərqli mövqelər sərgiləsə də, sülh sazişinin imzalanmasına gətirib çıxara biləcək addımlar atmaqdan çəkinir, prosesi uzatmağa çalışır.

Elxan SALAHOV

Oxşar xəbərlər