22.11.2024, 21:20
AZ EN
03.11.2023, 10:49 299

Rusiyanın Qafanda konsulluq açmaq istəyi rəsmiləşdi

XƏBƏRLƏR

Rusiya hökuməti Ermənistanın Qafan şəhərində baş konsulluğunun açılması barədə razılaşmanı təsdiqləyib.

"Vətən səsi" xəbər verir ki, bu barədə müvafiq qərarı Rusiya Baş naziri Mixail Mişustin imzalayıb. Qərarda Rusiya Xarici İşlər Nazirliyinə nota mübadiləsi aparmaq tapşırılıb.

Qafanda açılacaq baş konsulluq Rusiyanın Ermənistanda sayca ikinci konsulluğu olacaq.

Bu arada Ermənistanprezidenti Vaaqn Xaçaturyan Zəngəzur bölgəsinə səfəri çərçivəsində Qafan rayonunun Azərbaycanla sərhədində yerləşən Tsab kəndinə də baş çəkib. Ermənistan mətbuatının Prezident Administarsiyasının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən yaydığı məlumata görə, Vaaqn Xaçaturyan birbaşa sakinlərlə danışıb və onları maraqlandıran məsələlərə toxunulub. Prezident daha sonra məktəbdə olub, şəraitlə tanış olub, şagirdlərlə söhbət edib.

Bildirilir ki, səfərin məqsədi Zəngurda yaşayan sakinlərin qayğı və problemlərini öyrənmək, bu bölgənin gələcək inkişaf perspektivləri ilə bağlı narahatlıqların nədən ibarət olduğunu müəyyənləşdirməkdir.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyanən Qafanda konsulluq açmaq istəyini və rəsmi İrəvanın bununla razılaşdığını oktyabrın sonunda təsdiqləmişdi. Qafan Azərbaycanla həmsərhəd ərazidə - Sünik (Zəngəzur) rayonunda yerləşir.

Elxan SALAHOV

Oxşar xəbərlər