02.03.2026, 02:15
AZ EN
12.01.2026, 19:33 116

Ekspert: Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə iştirakı artıq müsbət nəticə verir

XƏBƏRLƏR
  • Azərbaycanın “Bir kəmər, bir yol” qlobal təşəbbüsündə iştirakı artıq konkret müsbət nəticə verir.

Bunu yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında iqtisad elmləri doktoru, Gürcüstanın Çindəki sabiq səfiri David Aptsiauri söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya vasitəsilə Çinlə Avropanı birləşdirən əsas həlqəyə çevrilir.

“Hazırda Orta Dəhliz və multimodal nəqliyyat əməkdaşlığı inkişaf edir. Regionun və Azərbaycanın potensialından istifadə üçün yeni imkanlar açan mühüm sənədlər imzalanıb”, – deyə ekspert izah edib.

D.Aptsiauri, həmçinin ölkənin bu layihədə iştirakının strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, bu iştirak iqtisadi islahatları stimullaşdırır, 2030-cu ilədək sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsini dəstəkləyir və sürətləndirilmiş iqtisadi artım üçün zəmin yaradır. (AZƏRTAC)

 

Oxşar xəbərlər