Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər parlamentdə çıxışı zamanı bildirib.
“Bir millət, iki dövlət” anlayışı ilə ölkəmizin təhlükəsizliyindən, əmin-amanlığından ayrı görmədiyimiz əziz Azərbaycanın sabitliyi naminə hər zaman qardaşlarımızın yanında olduq və bundan sonra da belə olacaq", - nazir söyləyib.
O, Türkiyə ordusunu “dost və qardaş ölkələrin gözlədiyi və etimad göstərdiyi güc faktoru” adlandırıb.
Suriyadakı son hadisələrə də toxunan nazir terrorçuların qonşu ölkədəki qeyri-sabit vəziyyətdən faydalanmasına imkan verilməyəcəyini vurğulayıb. (Report)