06.03.2026, 21:54
AZ EN
23.12.2025, 10:28 216

Paşinyan təşəkkür ünvanını səhv salıb...

XƏBƏRLƏR
  • “Moskva ilə İrəvan arasındakı münasibətlər inkişaf edir, ticarət dövriyyəsinin göstəricilər də düzəliş edilib”.

"Vətən səsi" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünən Sankt-Peterburqda Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş zamanı bildirib. Onun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında, o cümlədən atom enerjisi sahəsində əməkdaşlıq üzrə yaxşı planlar mövcuddur: "Bizim yaxşı planlarımız var. Energetika, o cümlədən atom enerjisi ilə bağlı danışmışıq. İndi detallara varmayacağıq, amma müzakirə etmək, danışmaq imkanı var".

Paşinyan isə Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi dəstəyə görə Rusiya prezidentinə  minnətdarlığını bildirib. O, Bakı və İrəvan arasında münasibətlərin normallaşmasının Rusiya-Ermənistan əlaqələrinin inkişafına müsbət töhfə verəcəyinə əminliyini ifadə edib.

Ermənistanın Baş naziri Azərbaycanla sülh prosesində dəstəyinə görə rusiyalı həmkarına təşəkkür edəndən sonra Vaşinqton görüşləri və onun nəticələrini də xatırladıb. Paşinyan qeyd edib ki, avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmalardan, o cümlədən Zəngəzur dəhlizinin açılması yönündə atılan addımlardan sonra Cənubi Qafqazda çox vacib və müsbət inkişaf baş verib: "Ermənistan və Azərbaycan arasında sülh prosesinə verdiyiniz dəstəyə görə sizə təşəkkür etmək istərdim. Avqustun 8-dən sonra telefon danışığımızda müzakirə etdiyimiz kimi, əldə edilən sülh Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yeni imkanlar açacaq".

Ermənistan mətbuatı isə Paşinyanı Azərbaycanla sülh razılaşmaları və Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə irəliləyişlərə görə Vladimir Putinə təşəkkür etməsini qınayır. Hakimiyyətə müxalif "Hraparak" nəşri yazır ki, Nikol Paşinyan 44 günlük müharibədə Ermənistana hərbi dəstək verməkdən imtina edən Rusiyanın liderinə deyil, sülh yolunda təhlükəsizlik zəmanəti rolunu oynayan ABŞ prezidentinə təşəkkür etməli idi: "Baş nazirin yürütdüyü siyasət Rusiya ilə ticarət əlaqələrinə zərbə vurduğu artıq real rəqəmlərlə ölçülür. Azərbaycanla sülh razılaşmaları isə rəsmi Bakının irəli sürdüyü bütün şərtlərin yerinə yetirilməsi fonunda baş verir. "Tramp yolu" layihəsinin razılaşdırılması isə Putinin deyil, ABŞ prezidenti Donald Tramın adı ilə bağlıdır. Lakin görünür, Paşinyan təşəkkür ünvanını səhv salıb. Bu, bəlkə də ABŞ və Avropa ilə əməkdaşlığa can atan Paşinyanın Rusiyanın regiondakı maraqlarının Qərbə satmasına görə Putinin könlünü almağa almaq istəyidir. Amma Rusiya bunu Ermənistana bağışlamayacaq".

 

Elxan SALAHOV

 

Oxşar xəbərlər