Tərəflər Ermənistanın NATO ilə əməkdaşlığının inkişaf dinamikasını yüksək qiymətləndirərək, birgə iş nəticəsində tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün zəmin yaradıldığını vurğulayıblar.
Mirzoyan yeni ikitərəfli tərəfdaşlıq proqramının təsdiqinin münasibətlərin daha da inkişafına imkan verəcəyinə ümidvar olduğunu bildirib.
Bundan əlavə, görüşdə Ermənistanın NATO ilə müxtəlif əməkdaşlıq formatları, o cümlədən ölkənin dayanıqlılığını gücləndirməyə və islahatların həyata keçirilməsinə yönəlmiş təşəbbüslər müzakirə olunub. (Report)