Bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
"Yaxın gələcək üçün planlar arasında xüsusən Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin regiona səfəri yer tutur", - o deyib.
Zaxarova Rusiya tərəfinin tərəflərin yaxınlaşması üzrə səyləri davam etdirəcəyini qeyd edib.
Xatırladaq ki, bu il mayın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İqor Xovayev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh sazişi üzrə danışıqlar, həmçinin regiondakı vəziyyətlə bağlı müzakirələr aparıblar.
Danışıqlar zamanı Ceyhun Bayramov Azərbaycanın sülh sazişi üzrə danışıqlardakı mövqeyini və prioritetlərini, həmçinin gələcək gözləntilərini qeyd edib.
Rusiya XİN nümayəndəsi isə regionda sülhün və sabitliyin təmin edilməsinin son dərəcə mühüm olduğunu və Rusiya tərəfinin bu istiqamətdə istənilən dəstəyi göstərməyə hazır olduğunu qeyd edib. (Trend)