"Vətən səsi" xəbər verir ki, Azərbaycan Milli Məclisinin “Böyük Qayıdış”la bağlı qaydalar və postmüharibə dövründə birgəyaşayışın hüquqi bazasdının yaradılması istiqamətindəki planları Ermənistanda da böyük rezonans doğurub. Erməni mətbuatı Azərbaycan tərəfdən belə bir komissiyanın yaradılmasını Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılardan tarixi ata-baba yurduna qaytarılmasına hazırlıq olduğunu yazır. “Hraparak” nəşri yazır ki, Ermənistan ictimaiyyəti rəsmi Bakının birgəyaşayışla bağlı hazırlıqlara başladığı və belə bir komissiyanın yaradılacağı barədə hələ bir il əvvəl yayılan məlumatları cidd hesab etməsə də, indi vəziyyət bir qədər fərqlidir. İndi Ermənistanda da başa düşürlər ki, rəsmi Bakı yurd-yuvasından zorla qovulmuş vətəndaşların Qərbi Azərbaycana qayıdışını təmin etməkdə israrlıdır. Milli Məclisin iş planına daxil edilən komissiyanın yaradılması da Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı ilə bağlıdır. Hərçənd komissiyanın hansı məqsədlə yaradıldığı rəsmi məlumatda öz əksini tapır, lakin Ermənistan mediası müxtəlif iddialar irəli sürüb.
“Hraparak” nəşri bu məsələnin Ermənistanın siyasi dairələrində fəal müzakirə olunduğunu da qeyd edir. “Ermənistanın siyasi dairələrini belə bir sual xüsusilə düşündürür: Qarabağda erməni yaşamırsa, hansı birgəyaşayışdan danışmaq olar? Ehtimallar var ki, Bakı Qərbi Azərbaycan proqramını həyata keçirmək üçün ermənilərin Qarabağda yaşaması məsələsini gündəmə gətirəcək. İndi Qarabağda çox az sayda erməni var, bundan sonra geri qayıtmaq istəyənlər də azdır. Amma rəsmi Bakının Qərbi Azərbaycan proqramı gerçəkləşsə, onda Ermənistana ən azı 300 min azərbaycanlı qayıdacaq”.
Elxan SALAHOV