21.11.2024, 21:41
AZ EN
22.06.2023, 21:16 219

Səməd Seyidov: Ermənistan danışıqlardan qaçır

XƏBƏRLƏR
  • Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Laçın yolu ilə bağlı müzakirələr zamanı çıxış edib.

APA xəbər verir ki, o, ilk dəfədir ki, bölgədə iki xalqın da sülhə bu qədər yaxınlaşdığını bildirib, qeyd edib ki, Azərbaycan xalqı heç vaxt danışıqların əleyhinə olmayıb.

“Ancaq AŞPA-da bunun əksi göstərilməyə çalışılır. Azərbaycan haqqında bir çox ittihamlar səsləndirilir. Mən AŞPA-dakı parlamentarilərə səslənirəm. Siz heç Qarabağda ac qalan uşaq görmüsünüzmü? Qırmızı Xaçın bölgəyə daxil ola bilmədiyini heç görmüsünüzmü? Görə də bilmərsiniz. Bu erməni parlamentari Ruben Rubinyanın apardığı propogandadır”,- deyə Səməd Seyidov qeyd edib.

Səməd Seyidov bildirib ki, Azərbaycana ittihamlar irəli sürməklə, beynəlxalq qurumlara yalvarmaqla, Ermənistan danışıqlardan qaçır. O, deyib ki, onlar sülh haqqında danışırlar, ancaq sülhə nail olmaq istəmirlər.

O, məruzəçi Paul Qavanın Azərbaycanda olduğunu, müharibə zamanı Gəncədə, Bərdədə mülki əhalinin başına gələnlər haqqında yaxşı məlumatı olduğunu da xatırladıb. S.Seyidov qeyd edib ki, təəssüf ki, məruzəçi bunlar haqqında qətnamə layihəsində yazmayıb. Səməd Seyidov bildirib ki, Azərbaycan xalqı hər zaman sülhdən yanadır.

Səməd Seyidov həmçinin çıxışında bildirib ki, qətnamə layihəsində qeyd edilən “Dağlıq Qarabağ” ifadəsi artıq mövcud deyil və bu ifadənin işlədilməsi siyasi xarakter daşıyır:

“Məruzəçi Paul Qavan qeyd etmişdi ki, bu məruzə siyasi məqsəd daşımır, humanitar məqsədlə hazırlanıb. Ancaq o, bu məruzəni siyasi nöqteyi nəzərdən başladı. O, qətnamə layihəsində “Dağlıq Qarabağ” terminini işlədib. Artıq belə bir ifadə, region yoxdur və bunun işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə ziddir”,- deyə o, qeyd edib. ("APA")

Oxşar xəbərlər