Bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri, Rusiya Liberal Demokrat Partiyasının lideri Leonid Slutski deyib.
"Gec-tez sülh sazişi imzalanacaq. Əlbəttə, bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Uzatmaq lazım deyil - Cənubi Qafqaz xalqlarının maraqları naminə quruculuq yolunda irəliləmək lazımdır", - rusiyalı parlamentari bildirib.
L.Slutski qeyd edib ki, Azərbaycanın azad edilmiş əraziləri sürətlə inkişaf edir.
"Mən bu yaxınlarda Şuşada oldum, Füzuli hava limanına gəldim. Bu başıbəlalı torpağın azad edilməsi Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu gün Azərbaycan xalqının şanlı oğullarının yaxın keçmişdəki qəhrəmanlığını xatırlayaraq deyirik: Qarabağ Azərbaycandır", - fraksiya nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın Qarabağda revanş ümidi mənasızdır, çünki Azərbaycan hər bir halda daha güclüdür.
"Bu qarşıdurmaya son qoymaq və ambisiyalara deyil, quruculuğa diqqət yetirmək lazımdır", - L.Slutski sonda bildirib. (Report)