09.06.2025, 03:31
AZ EN
24.02.2025, 22:00 160

Bakıda Pakistan Ticarət Palatasının nümayəndəliyi təsis ediləcək

XƏBƏRLƏR
  • Azərbaycanın Ticarət Palatasının İslamabadda nümayəndəliyi təsis edilib və bu da imkan verəcək ki, bizim ikitərəfli ticarətimiz inkişaf etsin.

Bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan-Pakistan biznes forumunda söyləyib.

Baş nazir, həmçinin bildirib: “Pakistan Ticarət Palatasının nümayəndəliyini Bakıda təsis edəcəyik. Bu iki palata sıx əməkdaşlıq edərək bir-birini qarşılıqlı şəkildə məlumatlandıra və potensial sərmayəçilərə də əlavə informasiya verə bilər”. (AZERTAC)

Oxşar xəbərlər