"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, səfirlə keçmiş prezidentin görüşü bir saatdan çox çəkib. Halbuki əvvəlcədən belə bir görüş nəzərdə tutulmayıbmış.
"Bir saata yaxın davam edən söhbətdə sabiq prezident səfirə Ermənistan-Fransa dostluq münasibətlərinin dərinləşdirilməsi və Ermənistanda daxili siyasi gərginliyin azaldılması perspektivləri, eləcə də regional proseslərlə bağlı fikirlərini təqdim edib", - deyə erməni mətbuatı yazır.
Qeyd edilir ki, görüşdə Fransanın Ermənistandakı səfirliyinin birinci katibi Juli For da iştirak edib.
Xatırladaq ki, Olivye Dekotinyi Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə apardığı qarayaxma kampaniyaları ilə tanınır.
Elxan SALAHOV