Qardaş ölkənin media qurumları Azərbaycanın dövlət başçısının Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın bu yaxınlarda Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirakı ilə bağlı dediklərinə xüsusi diqqət çəkib.
Azərbaycan Prezidentinin Kipr türklərinə dəstək bəyanatının Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhün təmin edilməsi üzrə əməliyyatının başlanmasının 50-ci ildönümündə səsləndirildiyi vurğulanıb.
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri ilə bağlı fikirləri də yüksək qiymətləndirilib.
Yaxın Şərqdəki vəziyyətə, xüsusilə Fələstin dövlətinə münasibətdə Azərbaycan liderinin sözlərinə xüsusi diqqət yetirilib. (AZERTAC)