"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, müstəntiqlər Samvel Babayanı 2023-cü ildə Azərbaycanın keçirdiyi antiterror əməliyyatının təfərrüatları, onun nəticələri və hazırda Bakıda həbsdə olan separatçı liderlərin özünümüdafiə tədbirləri ilə bağlı da sorğu-sual olunub. O, şahid qismində ifadə verərək bildirib ki, həmin vaxt Azərbaycan ordusunda separatçı rəhbərlərin gizləndiyi yerlər barədə dəqiq məlumatlar olub.
Şahramanyan prokurorluğa çağırılmasının səbəbləri barədə jurnalistlərrin suallarını cavablandırarkən deyib ki, Ermənistanın Hərbi İstintaq Komitəsində dindirilmə zamanı 44 günlük müharibə ilə deyil, 2023-cü ilin antiterror əməliyyatları və onların nəticələri ilə bağlı olub. Lakin o, ilkin istintaqın məxfiliyinə görə o, təfərrüatları açıqlamayıb.
Separatçıların sonuncu lideri 2023-cü ildəki əməliyyatla bağlı bəzi məqamları açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan Xankəndində qalmış separtçı rəhbərləri həbs etmək üçün bütün koordinatlara malik olub: "Azərbaycan tərəfi kimin harada olduğunu çox yaxşı bilirdi. Həm də onların saxlanılması üçün Bakının orderi və saxlamağı planlaşdırdığı şəxslərin siyahısı vardı. Həmin siyahıda Samvel Babayan və Kamo Vardanyanın da adı olubı, amma Ermənistana qaça bildiklərini vurğulayıb.”,
Şahmarayan deyib ki, həmin vaxt Ermənistana yeganə işlək yol Laçın dəhlizi idi. O, Samvel Babayanın məhz Laçın dəhlizi vasitəsilə Ermənistana keçməklə xilas olduğunu bildirib.
"Joqovurd" nəşrinin yaydığı başqa bir məlumatda deyilir ki, Nikol Paşinyan hakimiyyəti İrəvanda qondarma Qarabağ nümayəndəliyinin olmasını istəmir və separatçıların istifadəsində olan binada toplaşanlara hər hansı bəyanatla çıxışı qadağan edilib. Samvel Şahramanyan Erməni Apastol Kilsəsinin katolikosunu dəstəkləyən açıqlama verəndən bir neçə gün sonra, dekabrın 11-də həmin binada axtarş aparılıb.
Nəşr onu da qeyd edir ki, Samvel Şahramanyan ləğv edilmiş separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyan 44 günlük müharibə ilə əlaqədar açılmış cinayət işi çərçivəsində Ermənistan İstintaq Komitəsində təkcə bu il 12 dəfə ifadə verib. Onun hələ ən azı bir neçə dəfə də istintaqa çağırılacağı gözlənilir. Hətta Şahramanyana qarşı konkret ittihamın irəli sürüləcəyi də istisna edilmir. Yayılan məlumatlarda onun həbs olunması üçün məhkəməyə qətimkan tədbiri seçilməsi barədə vəsatət təqdim edildiyi də vurğulanır.
Nəşr əlavə edib ki, separatçıların İrəvandakı ofisi də tezliklə bağlanacaq.
Elxan SALAHOV