19.11.2025, 22:52
AZ EN
03.11.2025, 15:53 150

Ermənistan Fransadan 274,5 milyon avroluq silah alıb

XƏBƏRLƏR
  • Son iki ildə Ermənistan Fransadan ümumi dəyəri 274,5 milyon avrodan çox olan silah müqavilələri imzalayıb.

"Vətən səsi" xəbər verir ki, Fransanın Silahlı Qüvvələr Nazirliyinin senata - parlamentin yuxarı palatasına təqdim etdiyi hesabatda belə deyilir. 2023-2024-cü illərin yekun hesabatını özündə əks etdirən sənəddə qeyd olunur ki, Ermənistan müdafiə sahəsində əməkdaşlığı şaxələndirmək məqsədilə Fransaya müraciət edib və bu çərçivədə hərbi imkanlarını gücləndirmək üçün yeni müqavilələr bağlayıb.

Hüsabatda vurğulanır ki, yeni avadanlıqların ixracı, hərbi təlimlərin keçirilməsi və birgə əməliyyatlar tamamilə müdafiə xarakteri daşıyır. 2023-cü ildə İrəvanda Fransız müdafiə missiyasının yaradılması isə tərəflər arasında daha sıx əlaqələr qurmağa və əməkdaşlığın ən optimal formalarını müəyyənləşdirməyə imkan verir.

Bildirilir ki, Fransa 2022-ci ilə qədər Ermənistana silah tədarük etməyib. 2023-2024-cü illərdə isə quru qoşunlarının silahlanması üçün iki ölkə arasında çoxsaylı müqavilələr imzalanıb. Bununla yanaşı, Ermənistanın müdafiə sənayesi üzrə bir neçə birgə layihə də müzakirə edilir.

Fransa ilə Ermənistanın hərbi tərəfdaşlığına dağlıq ərazilərdə döyüş hazırlığı üzrə təlim proqramı da daxildir.

Hesabatda o da qeyd olunur ki, Fransa Ermənistan ordusuna “Sezar” özüyeriyən haubitsaları, 15 ədəd tankəleyhinə raket və onlara aid buraxılış qurğuları verib.

Elxan SALAHOV

Oxşar xəbərlər