Professor bildirib ki, forum çərçivəsində keçirilən sessiyalar regionun bərpası ilə bağlı planların və gələcək perspektivlərin müzakirəsi baxımından olduqca əhəmiyyətli olub. “Sessiya, həqiqətən də regionun yenidən qurulması istiqamətində planların hazırlanması və gələcək imkanların reallaşdırılması baxımından önəmli idi. Mən Azərbaycana dəfələrlə səfər etmişəm və ümid edirəm ki, Qarabağ öz tam potensialına çatacaq. Azərbaycan bu regionun bərpası üçün ciddi planlar və iddialı hədəflər müəyyənləşdirib”, - deyə Rik Faun vurğulayıb. (AZƏRTAC)