Bu fikir Prezident İlham Əliyevin Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezident Şavkat Mirziyoyevə ünvanladığı təbrik məktubunda yer alıb.
“Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, təhlükəsizlik, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əməkdaşlığa, ümumi firavanlığa və sabitliyə töhfə verir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.(AZƏRTAC)