20.04.2024, 08:43
AZ EN
14.06.2022, 08:00 313

Xarici ekspertlər və jurnalistlər Ağdama səfər ediblər

XƏBƏRLƏR
  • Bakıda keçiriləcək “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masa-dinləmələrinin iştirakçıları olan xarici ekspertlər və jurnalistlər Ağdama səfər ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfər çərçivəsində Ağdam şəhərində yerləşən “İmarət” kompleksi, Şəhidlər xiyabanı, Dram teatrı, Cümə məscidi, Çörək muzeyi, Şahbulaq qalası və Ağdamkəndə baxış keçirən qonaqlar ermənilərin 30 ilə yaxın işğal dönəmində törətdikləri dağıntıların və vandalizm aktlarının şahidi olublar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov qonadağıntıların miqyası, Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağ bölgəsində, o cümlədən Ağdamda kütləvi şəkildə minalar yerləşdirildiyi, rəsmi İrəvanın mina sahələri ilə bağlı bütün xəritələri təqdim etmədiyi barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin Ağdamdakı xüsusi nümayəndəliyində olarkən qonaqlara 27 illik işğaldan azad edildikdən sonra dağıdılmış Ağdam şəhərinin yenidən qurulması üçün hazırlanmış Baş plan nümayiş etdirilib, indiyədək görülən bərpa-quruculuq işlərindən danışılıb.

Qonaqları səfərdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları müşayiət ediblər.
Qeyd edək ki, “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masa-dinləmələr Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə 14 iyun 2022-ci il tarixində keçiriləcək.

 

Oxşar xəbərlər